Oyunun məzmunu
Diqqət! Şəhərdə yeni virusun yaratdığı, xəstəliklərin sayının kəskin artması ilə əlaqədar epidemiya elan edilib. İlkin əlamətlər: quru öskürək, qızdırma və sonrakı ölümcül nəticə ilə bədənin mutasiyası. Virus hava-damcı yolu ilə ötürülür. Şəhər sakinlərinin hamısı təcili olaraq vaksinasiya olunmalıdır. Vaksinasiya şəhərin müxtəlif yerlərində aparılır. Virus çox təhlükəlidir!
Xüsusiyyətlər və Qaydalar
- Rezerv edilmiş vaxtdan ən azı 15 dəqiqə öncə filiala yaxınlaşın.
- İştirakçılar oyundan öncə “məsuliyyətdən azad etmə” sənədini imzalamalıdır.
- Rezervi təxirə salmaq və ya vaxtını dəyişmək istəyirsinizsə, bunu ən qısa zamanda 070 888 02 22 nömrəsinə zəng edərək bildirin.
- Oyun tam olaraq rezerv etdiyiniz vaxtda başlayır. Gecikdiyiniz halda, təəssüf ki, oyun müddətiniz azalır.
- Oyunda daha rahat olmaq üçün yüngül köynək və dabansız ayaqqabı geyinməyiniz tövsiyə olunur.
- Oyunda iştirakına icazə verilməyən şəxslər: ürək problemi olanlar, panik atak və ciddi klaustrofobiyadan əziyyət çəkənlər, epilepsiyası olanlar və hamilə qadınlardır.
Oyunda seçə biləcəyiniz rejimlər
Light
18 ₼ / 18 ₼
Hər kəs
Light rejimdə aktyor olmur. Hər kəs iştirak edə bilər, 14 yaşdan kiçik uşaqlar mütləq valideyn müşayiəti ilə girməlidir.
Standart
18 ₼ / 18 ₼
14+
Standart rejimdə aktyor olur, sizi qorxudur, lakin sizə toxunmur. Hər kəs iştirak edə bilər.
Qeyd: 14 yaşdan kiçik uşaqlar standart oyunda iştirak üçün valideyn müşayəti ilə olmalıdır.
Hard
18 ₼ / 18 ₼
18+
Hard rejimdə həm aktyor olur, həm də yüngül toxunuşlar olur.
Ultra Hard
18 ₼ / 18 ₼
18+
Ultra Hard rejimdə aktyor və toxunuş olur, toxunuşlar sərt olur.
Yaş məhdudiyyətləri:
- Kiçik uşaqlar (6-14 yaş) üçün nəzərdə tutulan uşaq oyunlarına valideynsiz qatıla bilərlər. 14 yaşdan balaca uşaqlar qorxulu oyunlara qatılmaq istəsə, mütləq şəkildə böyüklər tərəfindən müşayiət olunmalıdır.
- Komandada böyüklərdən oyunçu yoxdur? Bizim əməkdaş uşaqlarla birlikdə kvesti keçəcək və hər şeyin qaydasında olmasına nəzarət edəcək.
- Xidmət 8-14 yaş arası oyunçuları olan bütün komandalar üçün mövcuddur. Seansın müşayiət olunma qiyməti - 10 AZN. Xidməti öncədən bildirin.
İlkin ödəniş:
Saat 22:00 və ondan sonrakı saatlarda oyuna gəlmək istəsəniz, komandanızda minimum 3 nəfər olmalıdır. Əgər sayınız 3 nəfərdən azdırsa, 3 nəfərin ödənişini edib gələ bilərsiniz. Həmçinin 20 AZN depozit ödəniş etməyiniz tələb olunur.
Heyder
3 gün əvvəl
.
Sabir Rüstamzada
1 həftə əvvəl
Cox masragli idi aktyor ve hersey
Heyder
1 ay əvvəl
.
Aylin
4 ay əvvəl
много классных локаций, было интересно
Səkinə
8 ay əvvəl
Oynadıq çox maraqlı keçdi tövsiyyə edirəmm