Oyunun məzmunu
18-ci əsrdə bu evdə ailə üzvləri bir-birinin ardınca ölməyə başladı, sanki görünməz bir əl onları bu dünyadan silirdi.Sonda bütün ailə məhv oldu, lakin kiçik qızın cəsədi heç yerdə tapılmadı.
O vaxtdan bəri ev boş qalıb, amma unudulmayıb. Qonşular deyir ki, ailənin ölümündən sonra ev lənətlənib və gecə sakitliyində qorxunc qışqırıq və bir qızın ağlama səsi eşidilir — sanki onun ruhu içəri girməyə cürət edənləri çağırır.
Siz qədim bir dua tapıb oxumalısınız ki, qızın ruhunu azad edib sakitləşdirəsiniz və bununla da evin üzərindəki lənəti təmizləyəsiz.
Amma unutmayın — o, intiqam axtarır.
Xüsusiyyətlər və Qaydalar
- Rezerv edilmiş vaxtdan ən azı 15 dəqiqə öncə filiala yaxınlaşın.
- İştirakçılar oyundan öncə “məsuliyyətdən azad etmə” sənədini imzalamalıdır.
- Rezervi təxirə salmaq və ya vaxtını dəyişmək istəyirsinizsə, bunu ən qısa zamanda 070 888 02 22 nömrəsinə zəng edərək bildirin.
- Oyun tam olaraq rezerv etdiyiniz vaxtda başlayır. Gecikdiyiniz halda, təəssüf ki, oyun müddətiniz azalır.
- Oyunda daha rahat olmaq üçün yüngül köynək və dabansız ayaqqabı geyinməyiniz tövsiyə olunur.
- Oyunda iştirakına icazə verilməyən şəxslər: ürək problemi olanlar, panik atak və ciddi klaustrofobiyadan əziyyət çəkənlər, epilepsiyası olanlar və hamilə qadınlardır.
Oyunda seçə biləcəyiniz rejimlər
Light
19 ₼ / 19 ₼
Hər kəs
Light rejimdə aktyor olmur. Hər kəs iştirak edə bilər, 14 yaşdan kiçik uşaqlar mütləq valideyn müşayiəti ilə girməlidir.
Standart
19 ₼ / 19 ₼
14+
Standart rejimdə aktyor olur, sizi qorxudur, lakin sizə toxunmur. Hər kəs iştirak edə bilər.
Qeyd: 14 yaşdan kiçik uşaqlar standart oyunda iştirak üçün valideyn müşayəti ilə olmalıdır.
Hard
19 ₼ / 19 ₼
18+
Hard rejimdə həm aktyor olur, həm də yüngül toxunuşlar olur.
Ultra Hard
19 ₼ / 19 ₼
18+
Ultra Hard rejimdə aktyor və toxunuş olur, toxunuşlar sərt olur.
Yaş məhdudiyyətləri:
- Kiçik uşaqlar (6-14 yaş) üçün nəzərdə tutulan uşaq oyunlarına valideynsiz qatıla bilərlər. 14 yaşdan balaca uşaqlar qorxulu oyunlara qatılmaq istəsə, mütləq şəkildə böyüklər tərəfindən müşayiət olunmalıdır.
- Komandada böyüklərdən oyunçu yoxdur? Bizim əməkdaş uşaqlarla birlikdə kvesti keçəcək və hər şeyin qaydasında olmasına nəzarət edəcək.
- Xidmət 8-14 yaş arası oyunçuları olan bütün komandalar üçün mövcuddur. Seansın müşayiət olunma qiyməti - 10 AZN. Xidməti öncədən bildirin.
İlkin ödəniş:
Saat 22:00 və ondan sonrakı saatlarda oyuna gəlmək istəsəniz, komandanızda minimum 3 nəfər olmalıdır. Əgər sayınız 3 nəfərdən azdırsa, 3 nəfərin ödənişini edib gələ bilərsiniz. Həmçinin 20 AZN depozit ödəniş etməyiniz tələb olunur.
Furid
2 həftə əvvəl
Bomba
Əli
2 ay əvvəl
Əla oyun idi
mehribanrasulova
2 ay əvvəl
Ochen interesniye zadaniya i lokaciy mnogo 👍🏽👍🏽👍🏽
Əkbər
4 ay əvvəl
Çox maraqlı idi. Aktyorlarda əla idi
İlkin
5 ay əvvəl
Biz oynadıq , çox bəyəndik hamıya tövsiyyə edirəm Cox möhtəşəm oyun ideal aktrisa 😍
Murad
6 ay əvvəl
Çox əla idi. Reseption mehriban idi. Operator da bizle səmimi idi. Aktrisa əla idi.
Nickou
6 ay əvvəl
Maraqlı idi
Kamil
7 ay əvvəl
It was a very exciting experience! I was constantly entertained and the puzzles were challenging but not too difficult.
a1izade0
7 ay əvvəl
3 dəfə getdik oyunu bitirmək üçün deyil personajın xoşh qarşılaması və aktiyor aktrisaların gözəl oyunu aparmaqları üçün yenə bu filiala gedəcəyik )))
jama
8 ay əvvəl
oyun çoox marağlı ve adrenalin doluidi,aktrisa 10/10 apardı oyunu,çox qorxulu ve ani çıxışlar edirdi. oyunun mentiqi,tapşırığları düşündürücü ve marağlı idi. bir daha mütleq yene geleceyik. 🫶🏻
Viktoriya
8 ay əvvəl
Актриса супер , игра очень интересная . Было очень страшно . Обязательно вернемся
Taleh
8 ay əvvəl
Oyun olduqca maraqlıdı, aktrisa isə mükəmməl həqiqətən💐
Murad
8 ay əvvəl
Oyun zatən əla idi orası öz yerində. Aktrisa da əla idi sadəcə yerdə süründüyüm üçün şalvarım cırıldı 1ulduz ona görə az verdim😁. Daimi müştəriyik həm də.
Criştiano
8 ay əvvəl
Ev oyunu ən maraqli yollardan biridir ve Aktrisa tamamile mükemmel əməyi keçən herkese teşekkürler
ALI
8 ay əvvəl
👍🏻