Oyunun məzmunu
Son vaxtlarda Çivandərə kəndini dəhşət və qorxu ələ keçirib. Deyilənlərə görə, kəndin axundu Çələbi bəy ömrünün son illərində qüdrət asılısı olduğu üçün bütün yollara əl atmışdı. O, nadir bir cadu kitabını taparaq bütün kəndi lənətləmişdi. Siz cin ovçuları olaraq bu kəndə yardım üçün gəlmisiniz. Bu kənddə sizi “Siccin” adlı çox böyük bir təhlükə gözləyir. Ona qalib gəlmək üçün Müqəddəs kitabı tapmaq lazımdır.
Xüsusiyyətlər və Qaydalar
- Rezerv edilmiş vaxtdan ən azı 15 dəqiqə öncə filiala yaxınlaşın.
- İştirakçılar oyundan öncə “məsuliyyətdən azad etmə” sənədini imzalamalıdır.
- Rezervi təxirə salmaq və ya vaxtını dəyişmək istəyirsinizsə, bunu ən qısa zamanda 070 888 02 22 nömrəsinə zəng edərək bildirin.
- Oyun tam olaraq rezerv etdiyiniz vaxtda başlayır. Gecikdiyiniz halda, təəssüf ki, oyun müddətiniz azalır.
- Oyunda daha rahat olmaq üçün yüngül köynək və dabansız ayaqqabı geyinməyiniz tövsiyə olunur.
- Oyunda iştirakına icazə verilməyən şəxslər: ürək problemi olanlar, panik atak və ciddi klaustrofobiyadan əziyyət çəkənlər, epilepsiyası olanlar və hamilə qadınlardır.
Oyunda seçə biləcəyiniz rejimlər
Light
17 ₼ / 17 ₼
Hər kəs
Light rejimdə aktyor olmur. Hər kəs iştirak edə bilər, 14 yaşdan kiçik uşaqlar mütləq valideyn müşayiəti ilə girməlidir.
Standart
17 ₼ / 17 ₼
14+
Standart rejimdə aktyor olur, sizi qorxudur, lakin sizə toxunmur. Hər kəs iştirak edə bilər.
Qeyd: 14 yaşdan kiçik uşaqlar standart oyunda iştirak üçün valideyn müşayəti ilə olmalıdır.
Hard
17 ₼ / 17 ₼
18+
Hard rejimdə həm aktyor olur, həm də yüngül toxunuşlar olur.
Ultra Hard
17 ₼ / 17 ₼
18+
Ultra Hard rejimdə aktyor və toxunuş olur, toxunuşlar sərt olur.
Yaş məhdudiyyətləri:
- Kiçik uşaqlar (6-14 yaş) üçün nəzərdə tutulan uşaq oyunlarına valideynsiz qatıla bilərlər. 14 yaşdan balaca uşaqlar qorxulu oyunlara qatılmaq istəsə, mütləq şəkildə böyüklər tərəfindən müşayiət olunmalıdır.
- Komandada böyüklərdən oyunçu yoxdur? Bizim əməkdaş uşaqlarla birlikdə kvesti keçəcək və hər şeyin qaydasında olmasına nəzarət edəcək.
- Xidmət 8-14 yaş arası oyunçuları olan bütün komandalar üçün mövcuddur. Seansın müşayiət olunma qiyməti - 10 AZN. Xidməti öncədən bildirin.
İlkin ödəniş:
Saat 22:00 və ondan sonrakı saatlarda oyuna gəlmək istəsəniz, komandanızda minimum 3 nəfər olmalıdır. Əgər sayınız 3 nəfərdən azdırsa, 3 nəfərin ödənişini edib gələ bilərsiniz. Həmçinin 20 AZN depozit ödəniş etməyiniz tələb olunur.
Ibo
1 ay əvvəl
çox maraqli ve qorxulu oyunuydu, molla tuff❤️🔥
+994705323337
1 ay əvvəl
mükemmel
Huseyn
2 ay əvvəl
qorxudan qıza aşk ilan ediyorum
Gulnara
3 ay əvvəl
Çox, çox, çox bəyəndim! Aktyorlar çox gözəl oynayırdılar və kvest çox maraqlı keçdi. Mütləq yenə qayıdacağıq! ❤️
İlkin
4 ay əvvəl
Oyun çox ideal , ilk defe idiki aktyor ve aktrisalı oyunda bu qeder cox qorxduq və maraqlı oldu Hamıya tövsüye edirəmki yoxlasın . Cox qorxacaginiz oyun olacag menim fikrimcə